Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

21 fevral-Beynəlxalq Ana Dili Günüdür

21.02.2023

Fevralın 21-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Ana Dili Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbirdə Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra kitabxananın əməkdaşları Nadir Şəmili və Əyyar Bağırov çıxış edərək Beynəlxalq Ana Dili Gününün yaranma tarixi və Azərbaycan dilinin zənginliyi haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Yekunda tələbələr mövzu ilə bağlı fikirlərini ifadə ediblər.