Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib

15.02.2023

Fevralın 15-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Seminar-müşavirəni giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib və Tükiyədə baş vermiş zəlzələ ilə əlaqədar yardım göstərən bütün mədəniyyət nümayəndələrinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov yanvar ayında keçirilən tədbirlər haqqında məlumat verərək, növbəti aylarda görüləcək işlər barədə tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.