02.10.2018
2 oktyabr 2018-ci ildə Masallı rayon Mərkəzi kitabxanasında Beynəlxalq Ahıllar Günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov ilk dəfə 1994-cü il dekabrın 14-də BMT-nin Baş Assambleyasının qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara aldığını deyərək, bu günün əvvəlcə Avropada, Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd edilməyə başladığını bildirdi. Sonra Kitabişləmə və komplekləşdirmə şöbəsinin müdiri Südabə Məmmədova, İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov çıxış edərək həmin günün təsis edilməsində başlıca məqsədin cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaqdan, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaq olduğunu bildirdi.