Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi

07.02.2023

Fevralın 7-də Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi” adlı tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Rasif Dadaşov xalqımızın şanlı tarixinin çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngin olduğunu bildirib. Sonra kitabxananın digər əməkdaşı Həbibə Hüseynova məruzə ilə çıxış edib.