Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yurd həsrəti

03.10.2018

3 oktyabr 2018-ci ildə Masallı rayon Mərkəzi kitabxanasında Xocavənd rayonunun erməni qəsbkarları tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edən Xidmət şöbəsinin müdiri Gülər Piriyeva Xocavənd rayonunun 1992-ci il oktyabr ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edildiyini, işğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evinin yandırılaraq əmlaklarının talan edildiyini bildirdi. Daha sonra çıxış edən şöbənin işçisi Gülər Kərimova Xocavəndli köçkünlərin dövlətimiz tərəfindən hər tərəfli qayğı ilə əhatə olunduğunu, ölkə başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində düşmən tapdağında olan bütün ərazilərimizin  tezliklə azad olunacağına inamını ifadə etdi.