02.02.2023
Fevralın 2-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Gənclər siyasətinin banisi - Heydər Əliyev" mövzusunda dəyirmi masa keçirilib
Tədbirdə Yardımlı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan mərkəzin baş fond mühafizi Zeynəb Məmmədzadə gənclər gününün yaranma tarixindən, Ulu Öndərin gənclərimizə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Sonra Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev mövzu ilə bağlı geniş məruzə edib.