01.02.2023
Fevralın 1-də Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzsunda tədbir keçirilib.
Kitabxananın əməkdaşları Sehran Hacıyev adına Viləş kənd tam orta məktəbinin Vll sinif şagirdlərini kitabxana və onun şöbələrinin işi ilə yaxından tanış edib, yeni alınmış kitablar haqqında şagirdlərə ətraflı məlumat veriblər. Oxu zalı, “Nağıl otağı” və bir-birindən maraqlı mövzularla təşkil olunmuş kitab sərgiləri ilə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub.
Yekunda şagirdlərə kitabxanadan kitab götürmə qaydaları izah edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd gənc nəsillərə ümumilli lider Heydər Əliyev irsinin təbliğ olunması, vətənpərvərlik hissinin aşılanması və bədii kitabların oxunmasıdır.