26.01.2023
Yanvarın 26-da Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illiyi ilə əlaqədar “Azərbaycan folklorunun vurğunu Firidun bəy Köçərli” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov Firidun bəy Köçərlinin ədəbi tənqid, ədəbiyyatşünaslıq, bədii ədəbiyyat və təhsil sahəsində çox böyük xidmətlər göstərdiyini xüsusi vurğulayıb.
Sonra kitabxananın əməkdaşları Rasif Dadaşov və Arzu Hüseynova məruzə ilə çıxış ediblər.