27.01.2023
Yanvarın 27-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və rayon Statistika İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev ili" ilə əlaqədar "Bir dahinin həyat yoluna səyahət" adlı layihənin ilk tədbiri keçirilib.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan mərkəzin baş fond mühafizi Zeynəb Məmmədzadə ümummilli lider Heydər Əliyevin həyat yolundan, o cümlədən cari ildə bu layihə çəçivəsində keçiriləcək tədbirlərdən bəhs edib.Sonra Statistika İdarəsinin əməkdaşları Ərtoğrul Əsbətli və Camid Xəlilov mövzu ilə bağlı fikirlərini ifadə ediblər.
Yekunda "Dahi şəxsiyyət" sənədli filmi izlənilib və "Unudulmaz dahi" adlı sərgiyə baxış keçirilib.