26.01.2023
Yanvarın 26-da Cəlilabad rayon Mərkəzi Kitabxanasında “Hacı Zeynalabdin Tağıyev-200” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbələri və MKS-in əməkdaşları iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra kitabxananın əməkdaşı Müşahidə Nərimanova məruzə ilə çıxış edib.
Yekunda tələbələr də mövzu ilə bağlı fikirlərini ifadə ediblər.