Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix Diyarşünaslıq müzeyində Yanğınsöndürənlərin peşə bayramı qeyd edildi

09.10.2018

Ulu öndər Heydər Əliyevin 2002-ci il 5 oktyabr tarixli Sərəncamına müafiq olaraq hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə  bayramı kimi qeyd edilir.

  9 oktyabr tarixində R.Tağıyev adına Tarix Diyarşünaslıq muzeyində  Azərbaycan  Xalq Cumhuriyyətinin  100 illiyi  bağlı Yanğınsöndürənlərin peşə bayramı  günü ilə əlaqədar” Fədəkarlarımız başlığı altında tədbir keçirilib.Mizeyin direktoru Yanğınsöndürənləri  peşə bayramı münasibətilə təbrik edərək, Yanğın təhlükəzisliy xidmətində çalışıb dünyasını dəyişənlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə  tədbir açıq elan etdi. Yanğın təhlükəzisliyin  yaranma tarixindən muzeyin elmi işçisi Məmmədova Dilgüşə məruzə oxudu.   Tədbirdə Masallı rayonunda Yanğından Mühafizə   idarəsinin vetaran  döyüşçüləri    Rəis Məcidov Yaşar, baş sürüçü Mehdiyev Şirmməd , rəis müavini Hacı İsfəndiyar İmamyarov,növbə rəisi Əliyev Sərraf, Baş məsləhətçi  Mirnağı  Şirinov, növbə rəisii Məcidov Bahadır çıxış edərək Yanğın təhlükəsizliy xidmətdə durduqları zaman qarşılaşdığları təhlükə və qazandıqları uğurlardan,01 saylı peşə olmaq ehtibarı ilə daima həyat təhlükəsi   qarşılaşan , lakin insanda vətənini ,xalqının,millətinin keşiyində daima ayıq olmağa sövq edən  bir iş olduğunu qeyd etdilər. Veteranlar sovet dönəmində yanğın  təhcidzatı və avadınlıqların az olmasına baxmayaraq öz  peşələrinə  vurğun olduqlarını bildirdilər. Veteranlarımız müstəqiliyimizin yarandığı dövrdən  Ulu öndərimiz Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin FHN –nin   tərkibində Dövlət Yanğından Mühafizə Xidməıti və Dövlət Yanğın Nəzarəti Xidmətinə    göstərdiyi qayğıdan bəhrələnərək müasir gənclərin daha səylə  və həvəslə çalışmasını ,odla işləyənin oddan da möhkəm olmasını tövsiyə etdilər.

 Masallı DYNİ- in rəis müavini Əliyev Nəsimi, növbə rəisi mayor Ceyhun Səfərov ,çıxış edərək dövlətimizin bu sahayə olan qayğısından , inkişafından xalqın təhlükəsizliyi  xidməti  zamanı  üzərilərinə düşən məhsuliyyətlərindən  danışdılar. Bu işdə çalışan Masallıda böyük yanğından Mühafizə komandasının vetarnlarına yaratdıqları mükəmməl təmələ görə  təşəkkürlərini bildirdilər.

 MƏSQVT sədri Məmmədağa Şiriyev  təşkilat  adından yanğınsöndürənlərin peşə bayramlarını təbrik edərək ,bu şərəfli işdə   fədəkarlara uğurlar arzuladı . Veteranlar şurası adından uzun müddət əməyi olan  yanğınsondürən veteranları fəxri fərmanla təltif etdi.