19.01.2023
Yanvarın 19-da Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyində 20 yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 yanvar xalqımızın azadlıq səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yardımlı rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera mərkəzinin Yardımlı rayon nümayəndəliyinin əməkdaşları, V.H.Məmmədov adına Yardımlı şəhər 2 saylı məktəbin şagirdləri iştirak edib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Əli İskəndərov açaraq faciə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonra məktəblilər muzeyə ekskursiya edib və xatirə şəkilləri çəkdiriblər.