19.01.2023
Yanvarın 19-da Cəlilabad rayon Sabirabad kənd klubunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq zirvəsidir " mövzusunda tədbir keçirilib.
Tədbirdə Sabirabad kənd klubunun və kitabxanasının, həkim məntəqəsinin əməkdaşları, Nizami Məmmədov adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Sonra Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova çıxış edərək 20 yanvar hadisələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə kitabxananın müdiri Heyran Abasova, məktəbin müəllimi Bahadur Məmmədov da çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər.
Yekunda Sabirabad kənd klubunun dram dərnəyi üzvlərinin ifasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şerlər səsləndirilib