19.01.2023
Yanvarın 19-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin otuz üçüncü il dönümü ilə əlaqədar "Yaddaşlara həkk olan qanlı tarix" mövzusunda tədbir keçirilib.
Tədbirdə Köryədi kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
İlk olaraq faciə qurbanlarının və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə mövzu ilə bağlı ətraflı məlumat verib və azadlıq rəmzinə çevrilən bu faciəyə ulu öndər Heydər Əliyev tərəfindən verilən qiymətdən bəhs edib.
Yekunda tədbir iştirakçıları mərkəzdə təşkil olunan "Qanlı Yanvar-33" adlı sərgiyə baxış keçiriblər.