Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qanlı Yanvar faciəsi

18.01.2023

Yanvarın 18-də  Cəlilabad  rayon  Mədəniyyət Mərkəzinin  təşkilatçılığı ilə 

Heydər Əliyev  Mərkəzində 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar  "Qanlı Yanvar faciəsi" mövzusunda tədbir keçirilib. 

Tədbirdə gənc mədəniyyət könüllüləri və mərkəzin əməkdaşları iştirak ediblər. 

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov açaraq 1990 -cı il yanvarın 19-dan   20-nə keçən gecə Bakıda baş verən hadisələrdən danışıb.

Sonra Qanlı Yanvar hadisələri ilə əlaqədar videoçarx izlənilib. 

Yekunda  Heydər Əliyev mərkəzinin foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib.