Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mənəvi birlik rəmzi- Qurban bayramı

20.08.2018

Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Dini Qurumlarla İş üzrə Dövlət Kömitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə avqustun 20-də “Mənəvi  birlik rəmzi - Qurban bayramı” mövzusunda   Tarix Diyarşünaslıq muzeyində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov, Masallı rayonu Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, xalqımız öz milli adət-ənənələrinə həmişə hörmətlə yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı böyük sevinclə qeyd edilir. Artıq Qurban bayramı da, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin təntənəsinə çevrilib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov çıxışında vurğulayıb ki, Ulu Öndərimiz Heydər Əliyev həmişə milli-mənəvi dəyərlərimizin təbliğinə böyük önəm verib. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra dini bayramların, həmçinin Qurban bayramının rəsmi surətdə qeyd olunmasına başlanılıb.
Masallı rayonu Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, Masallı “Asan xidmət” könüllüləri qrupunun üzvü Aydan Məmmədova, Masallı rayonu Cəfər Cabbarlı adına Mərkəzi Kitabxana Sisteminin direktoru Ələddin Nəzərov və başqaları çıxışlarında bəşəri-mənəvi dəyərlərimizdən olan Qurban bayramının tarixindən söhbət açıb, onun insanlara həmrəylik, şəfqət və mərhəmət hisslərini aşıladığını bildiriblər.