Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qədim sənətimiz müasir dövrdə

31.07.2018

İyulun 31-də Masallı şəhər "Asan xidmət"in " Heydər Əliyev İncəsənət məktəbi"ndə R.Tağıyev adına  Tarix-Diyarşünaslıq Muzeyi  və "ABAD"ın sənətkarlıq mərkəzinin birgə layihəsi əsasında "Qədim sənətimiz müasir dövrdə" mövzusunda tədbir keçirilib.
Tədbirdə rayonda yaşayan sənətkarlar, o cümlədən rəssamlar, bacarıqlı əl sahibləri iştirak ediblər.
Foyedə Masallı sənətkarlarının – dulusçuların, sandıq ustalarının, xalçaçıların, zənbil toxuyan və miskərlərin əl işlərindən ibarət zəngin sərgi nümayiş etdirilib.
Sənət və sənətkarlıq haqqında,  tədbiri giriş sözü ilə muzeyin direktoru    Əntiqə Tağıyeva açıb.
Elmira Ağayeva xaqlçaçılıq sənəti və onun Masallıda inkişafından, dulusçu Cəsarət Nuriyev ata-baba sənətini yaşatmasından, miskər Taleh bu sənətin formalaşmasındakı fəaliyyətindən, "ABAD" sənətkarlıq mərkəzinin direktoru Ümid Quliyev yerli sənətkarların hazırladıqları əşyaların satışının reallaşdırılmasından, Masallı Rəsm Qalereyasının elmi işçisi Təhmasib Məcidov qalereyanın fəaliyyətindən danışıblar.
Diskussiya şəklində davam edən tədbirdə suallar cavablandırılıb, təkliflərə münasibət bildirilib.
Sonda Ə.Tağıyeva bildirib ki, tədbirin davamı olaraq Masallı Tarix-Diyarşünaslıq Muzeyində sentyabrın 1-nə kimi "Sehrli ilmələr" mövzusunda bədii tikmələrin nümayişi keçiriləcək.