14.06.2018
İyunun14-də Qurtuluş günü ilə əlaqədar Cəlilabad Rayon Heydər Əliyev Mərkəzinin geniş meydanında Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Masallı Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi bayram konsrti keçirildi. Tədbirdə rayonun rəhbər işçiləri, təhsil, səhiyyə, idarə və müəssisə nümayəndələri ilə bərabər Cəlilabad sakinləri də iştirak edirdii. Konsertdə paytaxt Bakıdan dəvət almış ifaçılarla bərabər Masallı Mədəniyyət Mərkəzinin incəsənət nümayəndələri rəngarəng musiqi nömrələri tədbirə yüksək əhval qatdılar.