27.04.2022
Aprelin 27-də Cəlilabad rayon Günəşli kənd Mədəniyyət Evinin müdiri Saniyə Novruzovanın təşkilatçılığı, kəndin inzibati-ərazi nümayəndəsi Vüsal İsmayılov və kənd bələdiyyəsinin sədri Fəxrəddin Cəfərovun iştirakı ilə müqəddəs Ramazan bayramı münasibətilə Vətən müharibəsi şəhidi Ağayev Elçin Zakir oğlunun ailəsi bayram sovqatı ilə evində ziyarət edilib.
Qeyd edək ki, şəhid baş leytenat E.Ağayev döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.