28.05.2018
28 may 2018-ci il tarixdə Masallıda rayon icra hakimiyyəti və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məktəblilər arasında kross qaçışı üzrə rayon birinciliyi keçirilib.
Yarışın açılış mərasimində Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, RTŞ-nin müdir müavini Samit İslamov, Uşaq Gənclər-İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov çıxış ediblər.
Rayon birinciliyində 260 məktəbli iştirak edib.
Yarışın yekun nəticələrinə əsasən Babək Əliyev I (Hüseynhacılı kəndi tam orta məktəbi), Nemət Rufullalı (Binə Xocavar) II, İmran Bədəlov (Sığıncaq) III, Rüstəm Əlinağıyev (Güllütəpə) IV və Mənsim İbrahimzadə (Türkoba) V yerlərə sahib olublar.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.