Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şəhid ailələri və qazilər Ramazan bayramı münasibətilə ziyarət edilib

25.04.2022

Aprelin 25-də Cəlilabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Cəlilabad rayon komitəsinin birgə təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsi şəhidi Hüseynov Cavid Habil oğlunun ailəsi və qazi Xəlilov Saleh Aydınəli oğlu bayram sovqatı ilə evində ziyarət olunub.

Qeyd edək ki, şəhid Hüseynov Cavid Habil oğlu döyüşlərdə göstərdiyi şücaətlərə görə ölümündən sonra, "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təlif olunub.

Qazi Xəlilov Saleh Aydınəli oğlu döyüşlərə  Füzulidən başlayaraq, Şuşanın Daşaltı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə yaralanmışdır. S.Xəlilov "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Bildirək ki, S.Xəlilovun qardaşları - Taleh, Anar və Əli də Vətən müharibəsində qəhrəmanlıqla iştirak ediblər. Qardaşlar hazırda hərb sahəsində xidmətlərini davam etməkdədirlər.