19.04.2022
Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Masallı rayon Mərkəzi Kitabxanasında və kitabxana filiallarında silsilə tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq aprelin 19-da Mərkəzi Kitabxananın qarşısında kitab sərgisi keçirilib. Sərgidə “Azərbaycan xalqının qüdrətli oğlu”, “Heydər Əliyevin şah əsəri Azərbaycan”, “Odumuzun zəfər yürüşü”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” və “Yeni kitablar” adlı bir çox kitablar yer almışdır. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, ordumuzun Qarabağ zəfərindən, “Şuşa İli" ilə bağlı olan kitablar kitabxana önündən keçən insanlarda maraq oyadıb. Onlar bu əsərlərlə yaxından tanış olaraq, istədikləri kitablara abunə yazılıblar.