Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev”

14.04.2022

Aprelin 14-də Cəlilabad rayon Üçtəpə kənd kitabxana filialında Qarakənd faciəsinin qurbanı – "Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Alı Mustafayev"in doğum günü qeyd olunub. Tədbirdə oxucular iştirak ediblər.

Tədbirdə kitabxanaçı Sadıq Abbasov qeyd edib: "Alı Mustafa oğlu Mustafayev 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. A.Mustafayev 1981-ci ildə təhsilini başa vurub, Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlayır. Çox keçmir ki, “ilin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatlarına layiq görülür. 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ölümündən sonra “Respublikanın Əməkdar jurnalisti” fəxri adına layiq görülüb".