14.04.2022
Aprelin 14-də Cəlilabad şəhər 2 saylı klubu kollektivinin təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Liseyində "Şuşa İli" ilə bağlı "Mədəniyyətimizin paytaxtı Şuşa!" adlı tədbir keçirilib. Tədbir sözügedən klubun əməkdaşları, təhsil müəssisəsinin müəllim və şagird kollektivinin iştirakı ilə keçib.
Tədbiri giriş sözü ilə liseyin müəllimi Allahşükür Fərziyev açaraq bildirib: "Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır".
Sonra klubun əməkdaşı Orxan Hüseynli qeyd edib: "Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır".