Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Gəlin, narkotiklərə yox deyək!” adlı tədbir təşkil edilib

13.04.2022

Aprelin 13-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici xarakterli "Gəlin, narkotiklərə yox deyək!" adlı tədbir keçirilib. Tədbirdə Cəlilabad rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbələri iştirak edib.

Tədbirdə Muzeyin direktor vəzifəsini icra edən Çimnaz Qasımova çıxış edərək, narkotikin insan həyatına, onun mənəviyyatına, ailəsinə, sağlamlığına vurduğu zərərlərdən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib: "Uşaqlar həm özlərini, həm çevrələrində olan həmyaşıdlarını əsrin bəlası olan narkomanlıqdan qorumalı, gənc nəsl daha çox təhsilə, müasir elmi biliklərə, geniş dünya görüşünə sahib olmalı, özlərindən sonra gələn nəslə də bunları aşılamağa çalışmalıdır" - deyə, Ç. Qasımova qeyd edib.