Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əziz Şuşa sən azadsan”

12.04.2022

Aprelin 12-də Cəlilabad rayon Çinar kənd kitabxana filialı və kənd məktəbinin şagirdlərinin iştirakı ilə Şuşa ilinə həsr olunmuş "Əziz Şuşa, sən azadsan" adlı tədbir keçirilib. 

Tədbirdə kitabxananın müdiri Asif Ağayev çıxışında bildirib: "Azərbaycanlıların mənəvi varlığının ayrılmaz hissəsi Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Şuşa şəhəri zəngin inkişaf yolu keçmişdir. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey məqbərə kompleksi, Bülbülün ev muzeyi və Üzeyir Hacıbəyovun heykəlinin açılışları kompleks işlərin tərkib hissəsidir".