09.04.2022
Aprelin 9-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və Masallı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi tərəfindən Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin rayonun Güllütəpə kəndində yaşayan ailəsi ziyarət olunub.
Ailə ilə görüş zamanı Azərbaycanın müasir tarixinə qanı ilə Zəfər səhifəsi yazan bütün şəhidlərin ruhunun şad olduğu, Aprel şəhidi Firdovsi Bağırzadənın və digər Vətən oğullarının xatirəsinin qəlblərdə əbədi yaşayacağı qeyd olunub.
Şəhidin anası Sehranə Bağırzadə isə oğlu Firdovsi kimi yüzlərlə şəhidin, qazinin qanının yerdə qalmadığını, Vətən müharibəsində onların qisasının alındığını, şəhid olmuş bütün Vətən övladları ilə qürur duyduğunu deyib.
Mədəniyyət işçiləri görüşdən sonra kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər. Onlar şəhidin xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.