Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa - ruhumuzun ünvanı” - Privolnoye kənd kitabxana filialında sərgi

09.04.2022

Aprelin 9-da Cəlilabad rayon Privolnoye kənd kitabxana filialında "Şuşa İli"nə həsr olunmuş "Şuşa - ruhumuzun ünvanı" adlı sərgi təşkil edilib. Sərgidə oxucular iştirak ediblər.

Kitabxanaçı Şəfəq Məmmədova çıxışında qeyd edib: "Şuşa şəhərinin əsası 1751-ci ildə Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulub və şəhər hətta bir müddət Pənahabad da adlandırılıb. 19-cu əsrin əvvəllərində Rusiya və Qacar imperiyaları arasında aparılmış müharibələr nəticəsində digər xanlıqlarla yanaşı, Rusiya imperiyasına birləşdirilən Qarabağ xanlığının əsas mədəni-iqtisadi mərkəzi və paytaxtı olub. Şəhər əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edib. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatla Şuşa şəhəri azad edildi".

Sonra oxucular sərgiyə baxış keçiriblər.