Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda ”Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib

08.04.2022

Aprelin 8-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında gənclər arasında maarifləndirici əhəmiyyətli "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib. Tədbirdə tələbələr iştirak ediblər.

Mərkəzi kitabxananın metodisti Əyyar Bağırov çıxışında qeyd edib: "Ölkə gəncləri arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə keçirilən görüşlərdən biri də gənclər arasında keçirilmişdi. Cəmiyyətimizin bu bəladan xilas etmək və gənc nəslin sağlam böyüməsi üçün bu sahədə dövlətimizin atdığı mütərəqqi addımlar atılmalı. Maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi diqqətə çatdırılıb".

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.