08.04.2022
Aprelin 8-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşlarının iştirakı ilə müəssisələrin yerləşdiyi inzibati binanın ətraf ərazilərində təmizlik və yaşıllaşdırma işlərinin görülməsi məqsədilə iməcilik keçirilib.
İməcilik zamanı ərazidə olan ağacların və gül dibçəklərinin dibi boşaldılıb, qurumuş gül kolları və dekorativ ağaclar budanaraq formaya salınıb və yeni gül tingləri əkilib.