Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qələbəyə gedən yol”

05.04.2022

Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı tələbələrinin iştirakı ilə Aprel Döyüşlərinə həsr olunmuş "Qələbəyə gedən yol" adlı dəyirmi masa keçirilib. 

Tədbirə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək başlanıb.

İlk sözlə çıxışa başlayan Çimnaz Qasımova Aprel döyüşlərindən bəhs edərək vurğulayıb ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmış ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını almışdır. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etmiş, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutmuşdur. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilməmişdir. Azərbaycan Ordusu öz gücünü  düşmənə göstərmişdir.