09.05.2018
Mayın 9-da Masallı Masallı Rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı elmi-praktik konfrans keçirildi. Tədbir iştirakçıları Ümummilli liderin abidəsi önünə təzə-tər çiçəklər düzərək onu ehtiramla yad etdilər. Sonra ulu öndərin adını daşıyan parkda Heydər Əliyevə həsr olunmuş sərgiyə baxış keçirildi. Konfransın əvvəlində dahi şəxsiyyət haqqında hazırlanmış video rolik nümayiş olundu. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov konfrans iştirakşılarını salamlayaraq tədbiri açıq elan edib Heydər Əliyevin uğurlu fəaliyyətini əks etdirən məruzə ilə çıxış etdi. Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, ulu öndər Azərbaycan üçün çox mühüm işlər görmüşdür. Yüksək ideya, bədii, estetik qayəsi, nikbin ruhu ilə fəarqlənən lider, həm də sadə, səmimi, həssas bir insan idi. O, bütün həyatını mənsub olduğu Azərbaycan xalqına həsr etmişdir.