Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günüdür

01.04.2022

Aprelin 1-də Cəlilabad rayon Hamarqışlaq kənd kitabxana filialında 2 Aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə adıçəkilən kənd məktəbinin şagirdləri iştirak ediblər.

Kitabxanaçı Aidə Cəbrayılova çıxışında qeyd edib: "1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən 2 aprel tarixini Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu tarix 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya göz açdığı günün şərəfinə təsis edilib".