Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Mədəniyyət Mərkəzində ”Yarımçıq xatirələr” filmi nümayiş etdirilib

31.03.2022

Martın 31-də N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində "Yarımçıq xatirələr" filmi nümayiş etdirilib. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil edilən nümayişdə mədəniyyət işçiləri, tələbələr, məktəblilər və digərləri sözügedən filmi seyr ediblər.

Əvvəlcə, Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyev filmin mövzusu, süjet xətti və yaradıcı heyəti barədə qısa söz açıb. Daha sonra filmin yerli tamaşaçılar üçün ilk kütləvi nümayişi baş tutub.

Qeyd edək ki, tanınmış kinorejissor Elxan Cəfərov tərəfindən lentə alınmış film Qarabağ uğrunda döyüşlərdə iştirak edən Azər adlı əsgərin taleyindən bəhs edir.