Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unudulmaz faciə

29.03.2018

29 mart 2018-ci ildə Masallı şəhər Mərkəzi Kitabxanasında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Xidmət şöbəsinin müdiri Gülər Piriyeva 31 mart soyqırımının Azərbaycan xalqının yaddaşında dərin iz buraxdığını, dinc sakinlərin amansızlıqla qətlə yetirildiyini bildirdi. Daha sonra çıxış edən Kitabişləmə və Komplekləşdirmə şöbəsinin işçisi Nahidə Fərəcova bu soyqırımın XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri olduğunu və bu günün hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyini bildirdi.