
03.12.2025
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Lənkəran Reabilitasiya Mərkəzi PHŞ-nin nümayəndələri, mərkəzdə reabilitasiya alan əlilliyi olan şəxslərlə birlikdə kitabxanada olublar. Ziyarət zamanı qonaqlar kitabxananın struktur bölmələri, fəaliyyət istiqamətləri və oxuculara təqdim edilən xidmətlərlə tanış edilib. Onlara fondda mühafizə olunan müxtəlif nəşrlər, yeni daxil olan kitablar və istifadə qaydaları haqqında geniş məlumat verilib. Nümayəndələr və əlilliyi olan şəxslər kitabxananın müxtəlif şöbələrini gəzib, ədəbiyyatların tematik bölgüsü ilə yaxından maraqlanıblar.