Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

30.04.2026

Lerik rayon Mərkəzi Kitabxanasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin Lerik korpusunun müəllim və tələbələri iştirak ediblər. Çıxış edənlər şəhərlərin planlı qurulması, tarixi memarlıq abidələrinin qorunması və müasir infrastrukturun yaradılmasının əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, ölkədə şəhərsalma və memarlıq sahəsinə xüsusi diqqət yetirilir, həyata keçirilən layihələr bu sahənin inkişafına töhfə verir. Eyni zamanda, gənclərin bu istiqamətdə peşələrə maraq göstərməsinin vacibliyi vurğulanıb, şəhərsalma və memarlığın cəmiyyətin inkişafında mühüm rol oynadığı qeyd edilib.

Tədbir çərçivəsində mövzuya dair kitablar, fotomateriallar nümayiş etdirilib.