
26.02.2026
Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunan anım mərasimində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və aparatı, Lənkəranda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Mədəniyyət nümayəndələri abidə önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.