14.10.2025
Astara Tarix-Diyarşünaslıq Muzeyində 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyin bərpası-xalqın qürur səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə R.Şahbazov adına Alaşa kənd ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə Ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə muzeyin kiçik elmi- işçisi Çiçək Axundova açaraq qeyd edib ki, Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır. Məhz Ulu öndər Heydər Əliyevin xilaskar missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının,hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra mövzu ilə bağlı muzeyin fond mühafizi Xəyalə Haqverdiyeva məruzə edib. Məruzə ətrafında çıxışlardan sonra isə şagirdlərlə fikir mübadiləsi aparılıb.
Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.