Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lənkəranda Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş rəsm sərgisi keçirilib.

04.12.2025

Bu gün Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin və Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin birgə təşkilatçılığı ilə Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş rəsm sərgisi keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Mirzə Qədim İrəvani milli mədəniyyətimizin parlaq simalarından biri olduğunu vurğulayıb. O, sənət və mədəniyyətin inkişafına göstərilən dövlət dəstəyindən, eləcə də belə tədbirlərin gələcək nəsillərin formalaşmasında mühüm rol oynamasından geniş bəhs edib. Sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev və Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Xəzər İbrahimov və digər iştirakçılar görkəmli rəssamın həyat və yaradıcılığından danışıblar. Sonda Lənkəran şəhər Mədəniyyət Mərkəzinin dərnək üzvlərinin və Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin hazırladıqları əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.