02.12.2024
“Narkomaniya”ya və “Erkən nigaha yox deyək“ adlı maarifləndirici layihə çərçivəsində dekabrın 2-də Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Astara rayon N.Əliyev adına Maşxan kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, erkən nigah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nigahdır.
Azərbaycanın gələcəyi olan gənclərimizin sağlam ruhda böyüməsi üçün onlar birinci növbədə zərərli vərdişlərdən, dünyanın, bəşəriyyətin bəlasına çevrilən narkomaniyadan, erkən nigahdan uzaq olmalıdırlar.
Sonra “Erkən nigahlar və onun fəsadları” mövzusunda maarifləndirici videoçarx nümayiş olunub/