
05.12.2025
Dekabrın 5-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Viləş kənd kitabxana filialında I Qarabağ müharibəsi şəhidi Hacıyev Seyran Əliyoldaş oğlunun 5 dekabr doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə çıxış edən kitabxana əməkdaşları şəhidin keçdiyi döyüş yolu, göstərdiyi igidlik və Vətənə sədaqət nümunələri haqqında geniş məlumat veriblər. Bildirilib ki, 1994-cü ildə cəbhənin Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən igidlərimiz kimi daim qəlblərdə yaşayacaqdır. Tədbir zamanı məktəblilər tərəfindən şəhidimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, şəhid Seyran Hacıyevin ruhu ehtiramla yad edilib.