18.08.2025
Astara rayon Mərkəzi Kitabxanasında Azərbaycanın xalq yazıçısı,dövlət xadimi,dramaturq,ədəbiyyatşünas və Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəxtiyar Vahabzadənin 100 illiyi ilə əlaqədar "Poeziyamızın parlaq sənətkarı" mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara rayon ziyalıları və kitabxananın oxucuları iştirak ediblər.
Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Yaqut Nəzərova tədbiri açaraq bildirib ki, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.Bu gün Batıdan Doğuya,Doğudan Batıya hər bir türkün sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir.Və bizim poeziyamızın parlaq sənətkardır.
Sonra kitabxananın Metodik-biblioqrafiya şöbəsinin işçisi Ruqiyyə İbadova mövzu ilə bağlı məruzə edib.
Daha sonra şairin həyatı və yaradıcılığı haqqında çıxışlar dinlənilib, videoçarx nümayiş olunub.