
11.12.2025
Dekabrın 10-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Müstəqil Azərbaycan dövlətinin memarı – Heydər Əliyev” adlı tədbir keçirilib. Tədbirdə Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Cəlilabad rayonu üzrə nümayəndə) Fuad Əzizov, Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov və tələbələr iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Bildirilib ki, müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gələrək düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini əbədi etdi.