Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lənkəranda şəhid Qardaşzadə Elsevər Rakif oğlunun doğum gününə həsr olunan tədbir keçirilib

23.02.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran rayon M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə mərkəzdə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində şəhid Qardaşzadə Elsevər Rakif oğlunun doğum gününə həsr olunan "Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir" adlı tədbir keçirilib. 

Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmiləri,  şəhidin təhsil aldığı Lənkəran rayon M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbin müəllim və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

İştirakçıları öncə mərkəzin foyesində şəhid Elsevər Qardaşzadənin şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunubş.

Çıxışlarda Vətən müharibəsində qazanılan qələbədə igid oğullarımızın göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıb. 

Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova şəhidin ailə üzvlərinə mərkəzin rəsm studiyasında yağlı boya ilə çəkilmiş şəhid Elsevər Qardaşzadənin portretini təqdim edib.

Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin bədii hissəsində Lənkəran rayon M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya və şəhidin həyat yolunu özündə əks etdirən video çarx nümayiş olunub.