Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəhidliyin ünvanı əbədiyyətdir

18.03.2025

Martın 18-də Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Yalçın Canhəsən oğlu Nəsirovun anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Astara rayon təşkilatı, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının əməkdaşları, F.Əliyarov adına şəhər 6 saylı, E. Ağayev adına Səncərədi kənd tam orta , S.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Rayonumuzdakı Sərək kənd orta məktəbi onun adını daşıyır. Oxuduğu sinifdə Milli Qəhrəmanımızın qısa, lakin mənalı ömür yoluna həsr olunmuş güşə yaradılıb. Şagirdlər xalqımızın qəhrəman oğlunun nümunəvi ömür yolu ilə yaxından tanış olurlar.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Daha sonra “Nəsirov Yalçının ömür yolu” qısa sənədli filmi nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.