Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Masallıda “Mədəni irsin qorunması – gəncliyin məsuliyyəti” mövzusunda ekskursiya keçirilib

11.02.2026

Masallı Tarix-Diyarşünaslıq Muzeyində gənclərin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği məqsədilə “Mədəni irsin qorunması – gəncliyin məsuliyyəti” mövzusunda ekskursiya təşkil olunub.Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin könüllü və fəal gəncləri iştirak ediblər. Ekskursiya zamanı muzey əməkdaşı iştirakçılara rayonun zəngin tarixi, maddi və qeyri-maddi mədəni irs nümunələri, eləcə də muzeydə qorunub saxlanılan eksponatlar barədə ətraflı məlumat verib. Gənclər muzeyin ekspozisiya bölmələrini gəzərək nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar. Onlar tarixi nümunələr barədə suallar ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, iştirakçılara mədəni irsin qorunmasında gənclərin rolu, bu istiqamətdə maarifləndirmə işlərinin əhəmiyyəti və milli dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyi barədə geniş məlumat verilib.